Dövlətimiz, ölkəmiz bütöv olsun, abad olsun!

img

Göygöl rayonunun Balçılı zonasında(kiçik mahal da demək olar) Ağyoxuş adlanan bir kənd var idi. Bu kənddən aşağıda Layış, Fadıllı, yuxarıda isə günbatan tərəfdə Mərək, Pəyə kəndləri,gündoğan tərəfdə isə Çovdar kəndi yerləşirdi. Çovdarın sakinləri erməni, digər kəndlərin sakinləri isə azərbaycanlı olublar. Çovdardan yuxarıda da bir neçə erməni kəndi olub.

1918 - ci ilin mart qırğınları Ağyoxuş kəndindən də yan keçməyib. 


Cövdar erməniləri hücum çəkib kəndin evlərini,tövlələrini, ot tayalarını yandırıblar. Ölənlər ölüb, qalanlar dərə aşağı Layış kəndinə qaçıblar. Ermənilər qadınlara və uşaqlara qarşı xüsusi ilə amansız olublar. Ölü çox olduğundan Layış kəndi yaxınlığında boş bir yerdə məzarlar qazırlar. Beləliklə, yeni bir qəbiristanlıq yaranır.Həmin vaxta qədər Dərə Balçılıda olan kəndlərin əhalisi rəhmətə gedənləri "Qurdlu körpü"də dəfn edirmişlər.


Ağyoxuş qırğınları haqqında heç harda heç nə yazılmayıb. Yalnız bir neçə il bundan əvvəl İTV-nin "Xəbərlər" proqramında mənim təşəbbüsümlə qısa bir məlumat getdi.Ancaq Balçılı camaatı bu faciəni unutmayıb. Bu faciə yaddaşlarda yaşayır.


2020- ci il 44 günlük Vətən müharibəsində ermənilərin törətdikləri qırğınlara, talanlara, işğallara Ordumuz qətiyyətlə cavab verdi.


Balçılı şəhidləri də daxil olmaqla cəmi şəhidlərimizin ruhları şad olsun. Millətimiz qiyamətə qədər hürr olsun, azad olsun! Dövlətimiz, ölkəmiz bütöv olsun, abad olsun!


Salman Balakişiyev,

YAP Göygöl rayon təşkilatı üzrə Təhsil sektoru ərazi partiya təşkilatının sədri

Xəbəri paylaş: