Xankəndidə silah-sursat aşkarlandı

img

Polis əməkdaşları həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlayıblar.

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaratan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, 1870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbəri paylaş: