Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

img

Martın 31-də saat 20:48 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilənlərdən 5 nəfərin müalicəsi hazırda Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir.

Onların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.

Şöbədə 18 nəfərə ilkin tibbi yardım göstərilərək artıq ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar 16 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin hadisə yerinə cəlb olunmuş briqadaları tərəfindən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, 7 nəfər isə tibb müəssisəsinə birbaşa müraciət edib.

Bundan əlavə, 10 nəfərə isə təcili tibbi yardım briqadaları tərəfindən yerində tibbi yardım göstərilib.

Xəbəri paylaş: