Səbinə Əliyeva III beynəlxalq minatəmizləmə konfransında iştirak edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Zəngilanda ANAMA-nın və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda III beynəlxalq minatəmizləmə konfransında iştirak edib.


Rezonans.az xəbər verir ki, konfrans çərçivəsində işğaldan sonra bərpa edilmiş Zəngilan məscidi ziyarət edilib, minalardan təmizlənmiş ərazilərdə ağacəkmə aksiyası keçirilib və minaların zərərsizləşdirilməsi prosesi nümayiş olunub.


Qeyd edək ki, Azərbaycan Ombudsmanı tərəfindən İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, sülh və insanlıq əleyhinə, habelə müharibə və terrorçuluq cinayətlərini, eləcə də dinc insanların, mülki obyektlərin hədəfə alınmasını ifşa edən faktaraşdırıcı missiyalar həyata keçirilib.


Faktaraşdırıcı missiyaların nəticələri, həmçinin otuz ilə yaxın işğal müddətində, eləcə də postmüharibə dövründə torpaqlarımızın minalarla çirkləndirilməsi, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin ölkəmizə indiyədək təhvil verilməməsi, nəticədə keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışının ləngiməsi, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlara, xarici ombudsman və milli insan hüquqları institutlarına dəfələrlə müraciət, bəyanat və hesabatlar ünvanlanıb.

Xəbəri paylaş: