Rusiya ordusu ölkənin şərqindəki Donetsk və Luqansk vilayətlərinə nəzarəti əldə saxlamağa çalışır.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.
Ukrayna Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov Luqansk vilayətində vəziyyətin ağır olduğunu bəyan edib:
“Ancaq biz vəziyyəti dəyişmək üçün bütün gücümüzlə çalışırıq”.
Rus ordusunun havadan və qurudan hücumlar təşkil etdiyini deyən Qromov qələbə üçün əllərindən gələni etdiklərini vurğulayıb:
"Tərəfdaş ölkələr tərəfindən müasir silahların tədarükü bizim qələbəmizi sürətləndirəcək".










