Özbəkistan Tarixi Dövlət Muzeyinin xətti ilə “Muzeyşünaslıq XXI əsrdə: tədqiqatlar, ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransının materiallarında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının məqalələri çap edilib. Qeyd edilən konfrans hazırkı il fevralın 28-də online formatda keçirilib.
Rezonans.az xəbər verir ki, konfransda muzeyin “İnnovasiyalar və təhsil proqramları” şöbəsinin müdiri Fəridə Şəmsi “Pandemiya dövründə muzeylərin iş xüsusiyyətləri”, Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Özbəkistanda zərb edilən Samani sikkələri barədə (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında)”, “Arxeologiya” elmi-fond şöbəsinin əməkdaşları – elmi işçi Emin Məmmədov və t.ü.f.d. Laçın Mustafayev “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan maddi və mənəvi abidələr Azərbaycan tarixinin təbliğində vasitədir” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans materialları Özbəkistan Tarixi Dövlət Muzeyinin Elmi Şurasının 4 aprel 2022-ci il tarixli qərarı ilə nəşr edilib.










