Ruslar daha bir şəhəri raketlə vurdu - Zavod dağıdıldı

img

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə raket zərbələri endirib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko məlumat verib.

 

Raketlərdən ikisi sənaye müəssisəsinə düşüb. Zərbə nəticəsində müəssisəyə ciddi ziyan dəyib və demək olar ki, zavod məhv olub.

 

Onun sözlərinə görə, hazırda zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Hadisə yerinə xilasedicilər cəlb edilib.

Xəbəri paylaş: