Türkiyədə maska tələbi LƏĞV EDİLDİ

img

Türkiyədə maska məcburiyyəti aradan qaldırılıb.

 

Rezonans.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.

 

Nazir deyib ki, ardıcıl 3 gün ərzində yoluxma sayı mindən aşağı olub:

 

"Bu çərçivədə, ictimai nəqliyyatda maska tələbi aradan qaldırılır. Xəstəxanalar istisna olmaqla, maska artıq məcburi deyil. Ancaq bütün bu təcrübədən sonra, xüsusən də izdihamlı qapalı yerlər üçün maskamızı özümüzlə götürə bilərik”.

Xəbəri paylaş: