Yaponiya xaricə silah satışını asanlaşdırır

img

Yaponiya hökuməti yerli qanunvericiliyə dəyişiklik edərək Hindistan, Avstraliya, Avropa və Cənub-Şərqi Asiya ölkələri də daxil olmaqla 12 ölkəyə döyüş təyyarələri, raketlər və digər silahların satışı asanlaşdırılacaq.

 

Rezonans.az xəbər verir ki, bu barədə "Nikkei" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

 

Dəyişikliklərlə yuxarıda qeyd olunan hərbi texnika bu ölkələrə ixrac ediləcək. Dəyişikliklərin gələn ilin mart ayına qədər tamamlanacağı gözlənilir.

 

Mənbələrin bildirdiyinə görə, Yaponiya hökuməti Tokio ilə fərdi təhlükəsizlik müqavilələri imzalamış ölkələrlə əməkdaşlıq edərək Çinə qarşı çəkindirmə gücünü artırmağı hədəfləyir.

Xəbəri paylaş: