İraqdakı hərbi bazaya hücum edildi

img

İraqın Ənbar əyalətindəki "Ayn əl-Əsəd2 hərbi bazası raket hücumuna məruz qalıb.

Rezonans.az xəbər verir ki, bu barədə "News 18" telekanalı xəbər verib.

Məlumata əsasən, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qoşunlarının yerləşdiyi bazaya 5 raket atılıb. Hücum zamanı xəsarət alan olmayıb, dağıntılar da qeydə alınmayıb.

Raketlərin növü və hücumun məqsədi barədə məlumat verilməyib. Raketlərin dəqiq kim tərəfindən atıldığı da məlum deyil.

Xəbəri paylaş: