Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır

img

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər. “TEKNOFEST”in Azərbaycan-Türkiyə münasibətlərinin təqdimatında geniş əhəmiyyəti var.

 Türkiyə Prezidentinin “Sizlərə “Can Azərbaycan” deyəndə, “Qarabağ” deyəndə ürəyində fırtınalar qopan 85 milyonun salamını gətirdim” fikirlərinin özündə ehtiva etdiyi bütün istəkləri də diqqətə çatdırıb: “Qardaş ölkənin Prezidenti əllərini hər dəfə Tanrı dərgahına açanda Azərbaycanın firavanlığı və sabitliyi üçün dua edən Türkiyədəki qardaşlarımızın, Azərbaycan nəğmələri ilə sevinən, Azərbaycan ağıları ilə hüznlənən milyonlarla dostumuzun salamını, Cənubi Qafqaz bölgəsində sabitlik abidəsi olaraq yüksələn Azərbaycan ilə həmrəyliyin xüsusi ifadəsi kimi gələcəyə Zəfər dolu həyəcanla, coşqu ilə birgə addımlamağın anlam və mənasını gətirdiyini bildirməklə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını, türkü qürurlandırdı, onlara daha sıx şəkildə birləşməyə çağırış etdi. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan-türk diaspor təşkilatlarının birgə fəaliyyətini də yada salaq. Azərbaycanın işğal altında olan hər bir şəhərinin, rayonunun, kənd və qəsəbəsinin azadlığa qovuşması sevinci dünyanın müxtəlif ölkələrində böyük coşqu ilə qeyd edildi, erməni vəhşilikləri diaspor təşkilatlarımız tərəfindən dünya ictimaiyyətinə faktlarla çatdırıldı. Türkiyə Prezidentinin, qarşılaşdığı bu qədər haqsızlığa, ədalətsizliyə baxmayaraq diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan Azərbaycan ilə fəxr etdiklərini, qardaşı İlham Əliyevin qətiyyətli liderliyi ilə Can Azərbaycanın aydın bir gələcəyə doğru əmin addımlarla irəliləməsindən məmnunluğunu ifadə etməsi dünyaya sarsılmaz olan bu birliyin gücünün, qüdrətinin, inamın və etimadın nümayişi kimi dəyərləndirilir.


Səbuhi Həsənov
Göygöl RİHB-nın Əlimədədli kənd İƏD-si üzrə nümayəndəsi

Xəbəri paylaş: