Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında hüquqi maarifləndirici tədbir keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında “Ombudsmanın Milli Preventiv Mexanizm mandatı işgəncələrin qarşısının alınmasında mühüm vasitə kimi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.

Rezonans.az xəbər verir ki, tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri S.Abbasov Müvəkkilin MPM mandatı, həbs yerlərində saxlanılan şəxslərin, o cümlədən qadınların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Eyni zamanda, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Yekunda mövzu üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş: