“Beynəlxalq humanitar hüquq və silahlı münaqişələr” mövzusunda beynəlxalq konfrans keçirilib

img

Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi tərəfindən Polşanın Qdınya şəhərində “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələr” mövzusunda beynəlxalq konfrans keçirilib.


Rezonans.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin Başçəkmələr sektorunun müdiri Raidə Əmirbəyova tədbirdə çıxış edərək Birinci və İkinci Qarabağ müharibələrində Ermənistan tərəfindən pozulmuş beynəlxalq humanitar hüquq normaları, həmçinin Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı dəstələri tərəfindən işğal dövründə Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanması və dəqiq mina xəritələrinin hələ də ölkəmizə təqdim edilməməsi barədə məlumat verib.


Konfrans çərçivəsində təşkil olunmuş müzakirələrdə mövzu ilə bağlı verilən suallar ətraflı cavablandırılıb, Ombudsmanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət barəsində geniş məlumat verilib.

Xəbəri paylaş: