Qarabağda Rusiyanın baş konsulluğu açıla biləcəyi müzakirə olunur.
Rezonans.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik fəaliyyətini başa vuran səfiri Polad Bülbüloğlu deyib.
"Rusiya Federasiyası konsulluq açmaq istəyini bildirdi, çünki bizim Rusiyada iki əsas konsulluğumuz var: Yekaterinburq və Sankt-Peterburqda. Rusiyanın böyüklüyünü və ölkənizdəki azərbaycanlıların sayını nəzərə alsaq, bu, təbiidir. Burada isə Azərbaycandakı konsulluqların iş sahəsi daha məhduddur, lakin buna baxmayaraq, bu istiqamətdə işlər aparılır, bu məsələ müzakirə olunur", - Bülbüloğlu qeyd edib.
Bir neçə həftə əvvəl Rusiya Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Xankəndidə Rusiya Baş Konsulluğunun açılmasına hazırlıqların tezliklə başlaya biləcəyini bildirmişdi.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünən Bakıya iki günlük rəsmi səfərə gəlib. Rusiya liderinin Azərbaycan prezidenti İlham Əliyevlə bu məsələni müzakirə edib-etməyəcəyi məlum deyil