Rəssam və videoqraflar üçün infotur təşkil edilib - VİDEO

img

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Şuşa və Laçın şəhərlərinə infoturlar təşkil edib.

Rezonans.az xəbər verir ki, infoturlar Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilib. 

İnfoturun iştirakçısı olan rəssamlar və videoqraflara  Prezident İlham Əliyevin tapşırığı ilə Şuşada və Laçında aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutlan tədbirlərin icrası barədə məlumat verilib. Bildirilib ki, indiyədək Şuşada 147 ailənin (570 nəfər), Laçın şəhərində 552 ailənin (2031 nəfər) məskunlaşması təmin edilib.

Geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan infotur iştirakçıları buradakı yaradılan yeni iş yerləri və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşiblər. Onlar səfər etdikləri ərazilərdə olan tarixi abidələrin, təbiət mənzələrinin rəsmini çəkib, doğma yurdlarında məskunlaşan sakinlərin gündəlik həyatını və məşğuliyyətini əks etdirən foto-video çəkilişlər aparıblar.

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.
 


Xəbəri paylaş: