Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamının icrası və ölkəmizdə keçiriləcək COP 29 ilə əlaqədar sərhədçilər tərəfindən silsilə tədbirlər davam edir.
Rezonans.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında xidmət edən hərbi qulluqçuların iştirakı ilə Xəzər dənizinin Azərbaycan Respublikası ərazisinə aid olan hissəsində, sahildə və adalarda sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə müvafiq qaydalara, gigiyena və ekoloji normativlərə uyğun şəkildə məişət tullantılarının təmizlənməsi və Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınması həyata keçirilib.
Azərbaycan sərhədçisi dövlət sərhədinin mühafizəsi və müdafiəsi ilə yanaşı gələcək nəsillərə təmiz dünya ötürmək naminə təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, ekoloji tarazlığın bərpasına yardım məqsədilə təmizlik və abadlıq işlərinin aparılmasında əzmkarlıq və həmrəylik nümayiş etdirir.