YAP-ın namizədləri yüksək seçici etimadı qazanıb

img

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ziyafət Əsgərovun Dəmirçi kəndində seçicilərlə görüşü keçirilib.


Rezonans.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.


Görüşü giriş sözü ilə açan YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov bildirib ki, Yeni Azərbaycan Partiyası yüksək nüfuza malik aparıcı siyasi qüvvədir. YAP milli maraqları daim üstün tutur və ölkəmizin inkişafında müstəsna rol oynayır.


Çıxış edən deputatlığa namizəd Ziyafət Əsgərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Daha sonra o, Yeni Azərbaycan Partiyasının və Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, əldə olunan nailiyyətlərindən danışıb. Z.Əsgərov YAP-ın müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğunu deyib.


Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.


Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Südeyif Əhmədov və Əbülfəz Məmmədov seçiciləri uğurlarımızın davamı naminə “Qələbələr partiyası” olan YAP-ın namizədinə səs verməyə çağırıblar.


Sonda Z.Əsgərov seçicilərin təklif və müraciətlərini dinləyib, onların suallarını cavablandırıb.



Xəbəri paylaş: