“Mediasiya xidmətlərində marketinq işinin təşkili” adlı praktiki vəsaitin birinci hissəsi nəşr edilib

img

Mediasiya Şurasının İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilovun müəllifliyi ilə “Mediasiya xidmətlərində marketinq işinin təşkili” adlı praktiki vəsaitin birinci hissəsi nəşr edilib.


Rezonans.az xəbər verir ki, vəsait Azərbaycan dilində bu sahədə nəşr edilən ilk vəsait hesab olunub. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 11.1-ci maddəsində mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın, həmçinin digər xərclərin ödənilməsinə dair qaydanı müəyyənləşdirən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan qurum kimi nəzərdə tutulub.

Mediasiya Şurası fəaliyyətə başladığı gündən istər Şura, istərsə də mediasiya təşkilatları tərəfindən əhalinin mediasiya sahəsində maarifləndirilməsi, mediasiya xidmətlərinin marketinq vasitəsilə xidmət alanlara çatdırılması sahəsində müəyyən işlər görülüb. Mediasiya Şurası tərəfindən bu məqsədlə müvafiq sahədə davamlı işlər həyata keçirilir, mediasiya təşkilatlarının marketinq fəaliyyətləri aparılması sahəsində bilik və bacarıqları artırılır. Nadir Adilovun müəllifliyi ilə hazırlanan praktiki vəsait məhz mediasiya təşkilatları, mediatorların marketinq sahəsində bilik və bacarıqlarının artırılması, onların bu sahədə işlərinin səmərəli qurulması məqsədilə hazırlanıb.


Praktiki vəsaitin ödənişsiz olaraq mediasiya təşkilatları və mediatorlar arasında yayımı nəzərdə tutulub. Eyni zamanda, vəsaitlə bağlı mediatorlar üçün seminar və təlimlərin təşkili də planlaşdırılır.

Xəbəri paylaş: