"103" Çağrı mərkəzinə 62 521 çağırış daxil olub

img

Avqust ayı ərzində Bakı şəhəri üzrə "103" Çağrı mərkəzinə 62 521 çağırış daxil olub. 


Rezonans.az xəbər verir ki, onlardan 6 814 nəfər hospitizasiya olunub. Çağırışlardan 4 257-si əsassız, yəni təcili tibbi yardıma aid olmayan müraciətlərdir.


6 041 nəfərin çağırışı isə nəticəsiz ( yerində tapılmadı, tibbi yardımdan imtina və həkimə qədər ölüm və s. ) olaraq qeydə alınıb.


Əsassız çağırışların sayının üstünlük təşkil etməsini əsas götürərək, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin hansı hallarda çağırışları icra etmədiyini bir daha xatırladırıq:


1. Sahə həkimi/ailə həkimi tərəfindən planlı müalicə prosedurların aparılması (inyeksiya, vena daxili infuziya ("sistemin köçürülməsi"), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi; 


2. Təcili tibbi yardım tərəfindən planlı müalicə təyinatının alınması və ya planlı müayinənin (EKQ çəkilməsi) aparılması;


3. Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi, təyin etdiyi tibb müəssisəsinə təxliyə olunması;


4. Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması;


5. Vəfat etmiş şəxsin daşınması;


6. Stomatoloji yardımın göstərilməsi;


7. Müayinə məqsədilə gündəlik olaraq şəkərin, arterial təzyiqin və saturasiyanın ölçülməsi və s.


Vurğulamaq istəyirik ki, təcili tibbi yardım fəaliyyətininin bilərəkdən əsassız olaraq məşğul edilməsi inzibati məsuliyyət yaradır.


İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq həmin şəxslər barədə cərimə tətbiqi də nəzərdə tutulur.

Xəbəri paylaş: