Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Somali Respublikasının müdafiə naziri cənab Abdulkadir Məhəmməd Nur ilə görüşüb.
Müdafiə Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın geniş imkan və perspektivlərinin olduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.