Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

img

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.

Rezonans.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylayıcı stansiyadan qidalanan Əliabad, Xırmandalı, Bəydili, Zəhmətabad kəndləri və şəhərin bir hissəsini təbii qazla təmin edən 11 000 metr polietilen qaz xəttinin kipliyə sınaq olunması üçün ümumilikdə 4 300 abonentin təbii qaz təchizatının 27 sentyabr saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.

Xəbəri paylaş: