Bu qəsəbələrdə su olmayacaq

img

Su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə sentyabrın 26-sı saat 06:00-dan 20:00-a qədər təmir işləri aparılacaq. Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. 

Bu barədə Rezonans.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. 

"İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq. Narahatlığa görə abonentlərdən üzr istəyirik", - məlumatda qeyd olunub. 

Xəbəri paylaş: