Mingəçevirdə 42 yaşlı kişini it dişlədi

img

Mingəçevirdə sahibsiz it  küçədə 42 yaşlı kişini dişləyib.

Rezonans.az-ın məlumatına görə, hadisə axşam saatlarında Bağlar yaşayış massivi ərazisində baş verib. Küçədə dolaşan sahibsiz it 1982-ci il təvəllüdlü şəhər sakini Misir Mustafayevə hücum edərək onu dişləyib. Xəstəxanaya çatdırılan kişiyə zəruri tibbi yardım göstərilərək ona quduzluq əleyhinə vaksin vurulub.

Xəbəri paylaş: