Vaqif Alıyevin qalıqları Gəncədə dəfn edildi

img

Birinci Qarabağ müharibəsində şəhid olan, 31 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Vaqif Sərdar oğlu Alıyevin qalıqları Gəncədə dəfn olunub.

Rezonans.az xəbər verir ki, şəhidin qalıqları bu gün Gəncənin şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyev 1966-сı ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. 1993-cü il də Ağdam rayonun Sırxavənd kəndi istiqamətində itkin düşüb.

Xəbəri paylaş: