Daha 6 azərbaycanlı Suriyadan ölkəmizə gətirilib

img

Cari ilin 18 sentyabr tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 4-ü uşaq, 1-i kişi, 1-i isə qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar.


Rezonans.az xəbər verir ki , repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.


Görüş çərçivəsində, həmçinin repatriantlara Müvəkkilə müraciət imkanları barədə məlumat verilib.

Xəbəri paylaş: