
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ilə Ombudsmana verilmiş bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi səlahiyyəti çərçivəsində Ombudsman Aparatının Bərabərlik hüququnun təmini sektorunun nümayəndələri tərəfindən ölkəmizdə Roma (qaraçı) icmasının kompakt yaşadığı bölgələrdən olan Yevlax və Xaçmaz rayonlarında monitorinq aparılıb.
Rezonans.az xəbər verir ki, monitorinq zamanı icma üzvləri ilə fərdi görüşlər keçirilib, onların qarşılaşdığı çətinliklərlə maraqlanılıb.
Araşdırmalar nəticəsində icma üzvlərinin rastlaşdıqları çətinliklərin aradan qaldırılması, hüquq və azadlıqlarının daha səmərəli təmini ilə bağlı müvafiq təkliflər hazırlanaraq əlaqədar dövlət qurumlarına göndəriləcəkdir.