Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi beynəlxalq aləmdə geniş rezonans doğurdu.

img

4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi beynəlxalq gündəmdə qlobal sülh arxitekturasının formalaşması baxımından mühüm siyasi platforma kimi çıxış etdi. Prezident İlham Əliyevin bu mərasimdəki çıxışı Azərbaycanın postmünaqişə mərhələsində hansı strateji istiqaməti seçdiyini aydın şəkildə ortaya qoydu. Belə ki, bu postmüharibə dövründə müharibədən çıxmış dövlətimiz sülhün aparıcı memarına çevrildi. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi yeni siyasi mərhələnin təntənəli hadisəsi kimi dünya ictimaiyyətinin diqqətini çəkir. Bu mükafata Prezident İlham Əliyevin layiq görülməsi son illərdə həyata keçirilən sülh təşəbbüslərinin, qarşılıqlı etimada əsaslanan diplomatiyanın və regionda sabitliyin təmin olunması istiqamətində görülən işlərin beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini göstərir. İnsan qardaşlığı ideyası dünyada artan qarşıdurmalar, dini və siyasi ziddiyyətlər fonunda həmrəylik, dialoq və humanizm anlayışlarının ön plana çıxarılmasını hədəfləyir. Məhz bu dəyərlər Əbu-Dabidə keçirilən mərasimin əsas ruhunu təşkil edir. Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi mesajlar Cənubi Qafqazın gələcək onilliklərini müəyyənləşdirəcək strateji baxış sənədidir. Azərbaycanın təqdim etdiyi yol xəritəsi göstərir ki, hətta ən mürəkkəb münaqişələr belə siyasi iradə, praqmatik diplomatiya və humanist dəyərlərin sintezi nəticəsində həll oluna bilər. Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin keçirdikləri səmimi görüşlər  beynəlxalq aləm tərəfindən də dəstəklənir. Çünki,  Azərbaycan- Ermənistan sülh danışıqları müasir dövrümüzün ən uğurlu sülh prosesidir.  Diqqət etsək görərik ki, bu gün dünyanın bəzi nöqtələrində qanlı müharibələr, qarşıdurmalar davam edir. Lakin müharibə tərəfləri arasında sülh proses yaratmaq isə hələ də mümkün deyildir. Çünki bu müharibələrdə hələ də qalib tərəf yoxdur. Lakin Azərbaycan qalib olduğu üçün Ermənistanı sülh proseslərinə cəlb edə bildi. Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafat sülh, tolerantlıq, dinlər və mədəniyyətlər arasında anlaşma ideyalarını təşviq edən şəxslərə təqdim olunur. Prezident İlham Əliyevin həmin siyahıda yer alması dövlətimizin həyata keçirdiyi siyasətin dünyada etibarlı və nümunəvi model kimi qəbul edildiyini nümayiş etdirir. Çünki həmin siyasət milli maraqlarla yanaşı, regional sabitliyə və qlobal əməkdaşlığa xidmət edən məsuliyyətli yanaşmaya əsaslanır.

Mərasimin keçirildiyi məkan da xüsusi məna daşıyır. Əbu-Dabi bu gün yalnız iqtisadi inkişaf nümunəsi deyil, həm də dialoq və anlaşma platforması kimi tanınır. Son danışıqların məhz burada aparılması və sülhə aparan razılaşmanın bu şəhərdə əldə olunması təsadüfi deyil. Həmin fakt Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında mövcud olan etimada əsaslanan münasibətlərin real nəticələr verdiyini göstərir. Dostluq artıq siyasi bəyanat səviyyəsində deyil, konkret təşəbbüslərlə təsdiqlənir. Mükafatın təqdimolunma mərasimində Prezident İlham Əliyevin çıxışı isə bu siyasi prosesin ideoloji və mənəvi çərçivəsini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməsini böyük şərəf adlandıraraq, onun uzaqgörən liderliyinin Birləşmiş Ərəb Əmirliklərini dünyanın ən uğurlu və firavan ölkələrindən birinə çevirdiyini vurğuladı. Prezident qeyd etdi ki, bu siyasi xətt bu gün də Əbu-Dabinin müasir simasını müəyyən edən Şeyx Məhəmməd tərəfindən uğurla davam etdirilir.

 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: