Güclü ordu sülhün təminatçısıdır! – Səbinə Əliyeva

img

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva 26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı Facebook sosial şəbəkə hesabında paylaşım edib.

Rezonans.az
paylaşımı təqdim edir:

Azərbaycan Ordusu xalqımızın təhlükəsizliyinin, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Güclü ordu yalnız müdafiə vasitəsi deyil, həm də sülhün, sabitliyin və təhlükəsiz gələcəyin əsas təminatıdır.

Bu əlamətdar gündə Vətənimizin keşiyində ayıq-sayıq dayanan bütün hərbi qulluqçularımızı təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Güclü ordu sülhün təminatçısıdır!

Xəbəri paylaş: