“Mercedes” ağaca çırpıldı - Ölən var

img

İyulun 16-da saat 1 radələrində Ağcabədi rayonunun Sarvanlar kəndi ərazisində rayon sakini C.Zamanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumatda bildirilib.

 

Nəticədə sərnişinlərindən rayon sakini Fərid Zamanov hadisə yerində ölüb, digər sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xəbəri paylaş: