Rusiyanın Voloqda şəhər sakini təcili yardım maşınının arxa şüşəsini sındıraraq qaçıb.
Rezonans.az xəbər verir ki, hadisə 24 iyul 2022-ci il tarixində, səhər saat 11 radələrində xəstəxanaya aparılarkən yolda baş verib. Kişi şüşəni sındırıb və alt paltarında Çexov-Maltsev kəsişməsindən yolun kənarına qaçıb.
Hadisədən sonra təcili yardım əməkdaşları polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları qaçan xəstəni saxlamağa nail olublar. Polis araşdırma aparır.










