Yaşlı qadını xəstəxanaya FHN-nin briqadası çatdırdı

img

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1955-ci il təvəllüdlü qadının xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

 

Rezonans.az FHN-nin saytına istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

 

Xilasedicilərin köməkliyi ilə vətəndaş 9-cu mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.

Xəbəri paylaş: