Son sutkada peyvənd olunanların sayı açıqlandı

img

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 839 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rezonans.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 314, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 113, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.

Xəbəri paylaş: