Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib.
Rezonans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki , paytaxt sakini, 1989-cu il təvəllüdlü Sənan Yaşar oğlu Abdullayev xəstəxanada əməliyyat zamanı qəfil vəfat edib.
Onun konkret hansı səbəbdən əməliyyat stolunda dünyasını dəyişməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.










