"Benilüks Azərbaycanlıları Konqresi" nin baş ofisində əməkdaşlıq memorandumu imzalanıb

img

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi  və  “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatı arasında qarşılıqlı əməkdaşlıq və əlaqələrin gücləndirilməsi məqsədilə Niderland Krallığında yerləşən "Benilüks Azərbaycanlıları Konqresi" nin baş ofisində əməkdaşlıq memorandumu imzalanıb.


Rezonans.az xəbər verir ki, bu qurumlar tərəfindən birgə əməkdaşlığa dair imzalanan memorandumda hər iki təşkilatın rəhbərləri çıxış edərək bilidiriblər ki, Azərbaycan həqiqətlərinin Beynəlxalq aləmə çatırılmasında və milli vətənpərvər ruhda fəal iştirak edərək dövlətə ictimai dəstək yönümündə fədakarlıq göstərəcəklər. 


Qurum rəsmiləri onu da xüsusi olaraq vurğulayıblar ki, bundan sonra da Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ictimai-siyasi kursunu əsas götürərək  ictimai-siyasi, mədəni beynəlxalq əhəmiyyətli ideya və təşəbbüslərlə çıxışlar edəcəklər.

Xəbəri paylaş: