
Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılır.
Bu barədə Rezonans.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Yeni geri dönmə hissə yaxın günlərdə istifadəyə veriləcək. Bunun üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən lazımi sayda qüvvə cəlb olunub.