
Polis əməkdaşları məktəblilər və onların valideynləri, pedaqoq və ictimaiyyət nümayəndələri ilə görüşüblər.
Rezonans.az xəbər verir ki, tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucov, rayon Polis Şöbəsinin rəisi polis polkovniki Vüqar Xəlilov da iştirak ediblər.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin səslənməsi ilə başlayıb.
Daha sonra çıxış DİN-in Polis Akademiyasının nümayəndəsi, polis polkovnik-leytenantı Eldəniz Kazımov bildirib ki, bu tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin təhsilə həvəsləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərlik hissinin daha da yüksəldilməsi məqsədini daşıyır.