Azad olunmuş ərazilərində uğurlu bərpa işləri aparılır - Çavuşoğlu

img

"Bir neçə gün əvvəl Azərbaycanda idik. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə uğurla apardığı yenidənqurma işlərinin şahidi olduq".

 

Rezonans.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

"Zəngilan hava limanının açılışını etdik. Dəmir yolu layihələrinin təməlini qoyduq", - Çavuşoğlu bildirib.

 

XİN rəhbəri Zəngilan və Cəbrayılda bəzi açılış və təməlqoyma mərasimlərində iştirak etdiklərini xatırladıb.


Xəbəri paylaş: