Mədəniyyət

Zərəngiz Dəmirçi Qayalı: “Iki qardaş gücü”

 

(Poema)

Epiloq

 

Ali Baş Komandanım!

Zəfəriniz mübarək!

Şanlı qələbənizə,

Sevindi neçə ürək?

 

Zəfər bizimdir, dedik,

Ali Baş Komandanım!

Fəzalara yüksəldik,

Ali Baş Komandanım!

 

Bayrağımı ucada,

Asacağam söylədin!

İşimiz haqdı dedin,

Ali Baş Komandanım!

 

Bizik dünyanın əri!

Siz Vətənin sərvəri!

Torpağı aldın geri!

Ali Baş Komandanım!

 

Xətai yadigarı,

Sən Qızıl Arslan soyu!

Qoru, bu xalqı qoru!

Ali Baş Komandanım!

 

Aldı zəfər bayrağın,

Prezidentim əlinə!

Şuşa haqqında xoş söz

Söyləyəcək elimə!

 

 “Aldıq, Ana torpağı”!

“Aldıq Şuşanı!”- dedi!

“Şuşa-bu yurdun eşqi!

Ürəyi, canı!”- dedi!

 

Yurdumun nazı Şuşa!

Yanar almazı Şuşa!

Vətənin zümrüd köksü,

Baharı, yazı Şuşa!

 

Arzum, diləyim, Şuşa!

Duzum, çörəyim Şuşa!

Vətən sənsiz qan ağlar!

Yanar ürəyim, Şuşa!

 

Yurd həsrəti nəyimiş?

Dil deyir sarı bülbül!

Yağının nəfəsində,

Açmadı xarıbülbül!

 

Min illik sərvətimdi!

Gücümdü, qüvvətimdi!

Adımdı, hörmətimdi,

Adlara şandı, Şuşam!

 

Gülən növrağım Şuşam!

Səsim, sorağım Şuşam!

Tanrıma yaxın olan!

Ana qucağım Şuşam!

 

Alınmaz qalam Suşam!

Gülən növrağım, Şuşam!

Adım, ünvanım, Şuşam!

Uca bayrağım, Şuşam!

 

Bir yumruq tək birləşdi,

Xalq ilə rəhbər o gün!

İgidlər hünərinə!

Çalındı zəfər o gün!

*

Türk söylədi haqqımı!

Dünya birliklərində!

Kar oldu qulaqları!

Xeyirin də, şərin də!

 

 Pakistan da söylədi,

Qarabağın haqqını!

Başqa deyən olmadı!

Erməni nahaqqını!

 

Neçə dünya birliyi,

Bizə ümid verdilər!

Gərilmiş əsəbləri,

Hey gərdikcə gərdilər!

 

Otuz il qərarlarla,

Başımızı qatdılar!

Söz oyunu oynayıb,

Neçə yalan satdılar?

 

Utanmadı papkalı,

Qovluqlu həmsədrlər!

İldə bir yalan qərar,

Bunlar başını girlər!

 

Dözdü Prezidentim,

Bu yalana, hiyləyə!

Ölkəni gücləndirib,

Çıxdı uca pilləyə!

 

Yurdun var-dövlətindən

Hərbə büdcə ayırdı!

Son model silahlarla

Baza nizamlayırdı!

 

Getdiyi sammitlərdə,

“Torpaq bizimdir!”- dedi!

“Silahlı qarşıdurma,

Ən son sözümdür!”- dedi!

 

“Qarabağ ana yurdun,

Ayrılmaz hissəsidir”!

Bunu mənim rəhbərim,

Hər məclisdə bildirir!

 

Lakin abırsız düşmən,

İnadından dönmədi!

Müharibə ocağı,

Heç vəch ilə sönmədi!

 

Utanmadı Avropa!

Öz adından, sanından!

Erməninin başını,

Sığalladı hər zaman!

 

Orda onun tamahı,

Pis niyyəti var idi!

Erməni nakəslərə!

Hər an havadar idi!

 

Bir dəfə haqqımızı,

Demədi, bu birliklər!

Hədər-hədər gəldilər!

Hədər-hədər getdilər!

 

Axır dözmədi rəhbər,

Xalqa arxa dayandı!

Son anda, son məqamda,

Haqq savaşım başlandı!

*

Düşmən əlində yurdum,

Haray çəkdi, bağırdı!

“Gəl, qurtar!”-dedi məni!

İntiqama çağırdı!

 

Əli kəsik körpələr,

Dili kəsik körpələr!

Köksündən süngü ilə!

Ürəyi çıxan əsgər!

 

Məhşər günü gəlibdir!

Qisas al, deyir, rəhbər!

Göyüm-göyüm göynəyir,

O günahsız gəlinlər!

 

Körpəsini rəhnindən,

Zülm ilə çıxardılar!?

Bu qaniçən düşmənlər,

Necə zülmkardılar?

 

Günahsız körpələrim,

Tonqallarda yandılar?

Qocalarım, pirlərim,

Əzabdan usandılar!

İgid-igid əsgərin,

Qol-qıçını kəsdilər!?

Sonra aman etmədən,

Boğazından asdılar!?

 

Sarıdılar mərdimi?!

Od vurdular, o yandı!

Bəşərin qansız iti…

Kafir, demə yalandı!

 

Bu vəfalı yurdumun,

Oğulu mərd, qızı mərd!

Sonun çatıbdı, kafir!

Başım dönüb, üzüm sərt!

 

Alacam intiqamı!

Səndən müxənnət yağı!

Bu günü biləydin, kaş…

Çəkdin dağ üstə dağı!?

 

Taladın Xocalımı!

Tamam oda qaladın!

İgidlərin qanını,

Sən o gecə yaladın!!!

 

Qana-qan söyləyirəm!

Dur, indi, kafir, dayan!

Otuz ildir qırırsan!

İndi mənimdir meydan!

 

Ölüm-dirim tufanı,

Bu gün olacaq, tamam!

Bəşəriyyət önündə,

Bu mənə bir imtahan!

 

Sən çox zülmlər etdin!

O zaman bu dünya kar!

Mənim sənə deyəcək,

Sonuncu bir sözüm var!

 

Parçalan indi mənim,

Qəzəbimdən, a kafir!

Çıxacağam yurdları,

Hesabından, a kafir!

 

Mənim qədim Şuşamı,

Kəlbəcərimi qaytar!

Qızıl donlu Ağdamı,

Pir, gövhərimi qaytar!

 

Pənah xan tikib gedib,

O yurdları, a kafir!

Xan qızı bəzəyibdir,

Bu diyarı, a kafir!

 

O qədər qudurdun ki!

Asdın, kəsdin, qaynadın!

Yurd mənim, nəğmə mənim,

“Uzundərə” oynadın?

 

Bulaq kimi, təbi də,

Ruhundan axan xalqım!

Şəhid olub, göylərdən,

Nigaran baxan xalqım!

 

Mənim çiçək millətim,

Diri-diri asdınız!?

Yaralının qan gedən,

Yarasını basdınız!?

 

İynə vurmadan qansız,

Orqanları aldınız???

Tarixdə, barbar, pislik,

Qaniçən tək qaldınız!

 

Xalq doğdu mərd oğullar!

Çatdırdı haqq məqama!

Dayan, qaçma, a kafir!

İndi, boyanın qana!

 

Nə deyim, indi sizə?

Ağlayıb, yalvarırsız?

Sızıldayıb, göynəyib,

Min fəryad qoparırsız?

 

İnsafım var, dinim var,

Həm də, kinim var mənim!

Öl, kafir, haramzadə!

Zalım, qatil düşmənim!

 

İnsanları qırdınız,

Soyumadı kininiz?

Tarixi abidəmdən,

Nə soraq var, nə bir iz???

 

Talan etdiniz yurdu,

Daş üstə daş qalmadı?

Tariximi sildiniz!

Bir bəs deyən olmadı?

 

Nə qədər kinin varmış?

Yassar, iyrənc canında?

Diddin, yedin, taladın,

Bir xalqı imanından?

 

Gözünü oydun mərdin,

Odda yandırdın onu,

Suda dondurdun onu,

Bu gün oyandı, kafir!

 

Qisasım, qəzəb, kinim,

Ərşə dayandı, kafir!

Bu gün ulu ruhlarım,

Çox nigarandı, kafir!

 

Şuşam, vəfalı Şuşam,

Başı qarlı, dumanlı!

İgidlərim yol gedir,

Tanrısına gümanlı!

 

Qarlı, sərt sıldırımlar,

Tanıyır ərlərimi!

Qartal qonan qayalar,

Gözləyir səfərimi!

 

Bura Şuşa, can, Şuşa,

Qəlbim şüşə, sın, şüşə!

Gümanım sənə, Tanrım!

Xalq səfərbər bu işə!

 

İgidlərimə yol ver,

Ana Vətən, ana yurd!

Sən doğma məkanımsan,

Hücuma gəlir boz qurd!

 

Bura qurdlar diyarı!

Burda çaqqal ulamaz!

Xarıbülbül baharı,

Düşmənlə qarşılamaz!

 

Alacaqlar igidlər,

Şuşamı tərs yağıdan!

Qanlı döyüşlər gedir!

Su yerinə axır qan!

 

Sağ qolu kəsilənlər,

Sol qoluyla vuruşur!

Haqqı çağırır əsgər,

Hqq yoluyla vuruşur!

 

Ölüm-dirim tufanı,

Qopub, bu gün, ay Allah!

Ya, uca Pərvərdigar!

Ol, igidimə, pənah!

 

Nigaran ruhlar, çəkin

Alınmaz sədd düşmənə!

Göydən daşlar ələyin!

Bu xudpəsənd düşmənə!

 

Dişini sıx, igidim!

Vətən bu gün dardadır!

Arxa-dayağım, oğul!

Səfərimiz yurdadır!

 

Qan ağlayır, bu dağ-daş!

Düşmənin tapdağında!

Qanla yuduğun torpaq,

Tək sənin sorağında!

 

 “Oğul gələcək!”-deyir

“Məni azad edəcək”!

Tarix yazan igidə,

Eşq gərək, ürək gərək!

 

 Aldı yağı cəngindən,

Sahib oldu torpağa!

İgidim zəfər çaldı!

Yanıb-yaxıldı dığa!

 

Onlar kim olurlar ki?

Gəzə mənim yurdumda?

Cəngavər ruhu vardır,

Məğrur, qalib ordumda!

 

Aslan güclü oğullar,

Şir biləkli oğullar,

Qəlbində Vətən eşqi,

Ürəyində sevgi var!

 

Mənim qalib ordumu,

Qoy, tanısın bu cahan!

Ər hünərlim, əjdaham!

Kömək olsun Yaradan!

 

Şuşadan dönüb əsgər,

Laçın yolu getdilər!

Qırx dörd günün içində,

Əfsanələr etdilər!

 

Ana torpaq su içdi!

Yenə igid qanından!

Yeni tarix yazıldı!

“Can fəda!” dastanından!

 

Qanlı köynəyi bayraq,

Olan igidim mənim!

Bir kərəlik məhv oldu,

Öldü kafir düşmənim!

 

Əjdaha igidlərim!

Cəngavərdir hər ərim!

Ulu Tanrım, min şükür!

Doğdu mənim səhərim!

 

Oğullar can verdilər,

Yurdu aldılar geri!

Şəhidimə min rəhmət,

Odur Vətənin əri!

 

Ucalardan boylanan,

Şəhid ruhu bayrağım!

Qələbə köynəyimdi,

Bu üçrəngli varlığım!

 

Ulu xalqım, min yaşa!

İgidlərin var olsun!

Namərdə ancaq ölüm!

Düşmənimə ar olsun!

*

Qanlı döyüşlər getdi,

Cəbrayıl torpağında!

Vətən gözü yoldadır,

Qələbə sorağında!

 

Elə bil ki, günəş də,

İgidləri səsləyir!

“Erkən durun, oğullar!

Vətənçün, tələs!”-deyir!

 

Yurdun dağı, daşı da,

Sevincəkdi, ürəkdən!

Qələbəyə köklənib,

Ta otundan, çiçəkdən!

 

Əsgər gedən yollara,

Buludlar nur çiləyir,

Buxar tək qalxır göyə,

Duman uğur diləyir!

 

Nə hikmətdir, ay Allah!

Bu Vətən səfərbərdir?

Oğulu var, qızı var?

Yer-göyüm alqış edir?

 

Göy çəməndə çiçəklər,

Sevinclə silkələnir!

Yerdən alqış ucalır!

Göydən sevgi ələnir!

 

Alır əsgərim yurdu,

Qarış-qarış yağıdan!

Çaşıb həyasız düşmən,

Kola girir qorxudan!

 

Bu torpağın sahibi,

Gəldiyini bilirlər!

“Yamaq” güclər yox olub,

Qorxusundan ölürlər!

 

Otuz ildə torpağı,

Rus basdı, aldı bizdən!

Yoxsa, bu namərd, kafir,

Keçərdi üstümüzdən!?

*

Millət baxır ekrana,

Prezident danışacaq!

Gündə bir yurdda mənim,

Ocağım alışacaq!

 

Nəfəsi gələn kimi,

Gülür üzümüz bizim!

Şükür sənə, İlahi!

Vardır gücümüz bizim!

 

Cəbrayılda çal-çağır,

Büsat vardır, ay Allah!

Əsgərim bayram edir!

Hücumdur, yenə sabah!

 

İndi Qubadlıyadır!

Qalib ordumun yolu!

Eşq olsun, sənə əsgər!

Günün zəfərlə dolu!

 

Əsgərimi hücuma,

Aparan Komandanım!

Vətən sənə əmanət!

Sən qalibim, sultanım!

 

Yeni müjdələr verir,

Ali Baş Komandanım!

Bütün millət ayaqda,

Qaynayır qızıl qanım!

 

Çağırır Komandanım!

Hay veribdir igidlər!

Oğul gedir döyüşə!

Vətən bu gün səfərbər!

 

Bir yumruq tək birləşib,

Millət bir can olubdur!

Geriyə yolumuz yox!

Şuşa ünvan olubdur!

 

Qaçır yağılar mənim,

İgidimin önündən!

Qisas günü, bu günmüş?

Od tutub, yanır Vətən!

 

Süzür şəhid ruhları,

Sevinc ilə göyləri!

Düşməni məğlub edir,

Yerdə oğul hünəri!

 

Silah-sursat nə qədər?

Əldə gərəkdir, gərək!

“Bayraqdar”ın adını,

Mən çəkəm bu gün gərək!

 

Türküm, əziz qardaşım,

Mənə çox dəstək oldu!

Bu çox böyük bir güvənc,

Gözəl bir gercək oldu!

 

Türk oğlu türk hayıma,

Gəlib çatdı, Allahım!

Türkün Prezidenti,

Oldu mənim pənahım!

 

Haqq səsimdi dünyada!

Rəcəb Tayyib Ərdoğan!

Hayqıran nəfəsilə,

O bir dəniz, bir ümman!

 

Qırdı şər inadını,

Gözündə qaldı nəfsi!

Dünyaya meydan dedi,

Türk oğlu türkün səsi!

 

“Bayraqdar” gəzdi mənim,

Sərhəddimdə can kimi!

Şərə-şürə pisləri

Süpürdü saman kimi!

 

Şan-şöhrətli igidim,

Açıq döyüşə girdi!

Düşmən gördü qarşıda,

Birər ər oğlu ərdi!

 

Tökdü silah-sursatı,

Qaçdı düşmən önümdən!

Dünyanı heyrət aldı,

Mənim qisas günümdə!

 

Bir oğulun hünəri,

Yüz oğula bərabər!

Qırx dörd günlük bu zəfər,

Min nağıla bərabər!

 

Əfsanələr diyarı

Cəngə atıldı, baxın!

Sən, ey sayqısız bəşər!

Gəlib, yaxından baxın!

 

Dostu yaralı igid,

Onunçün də atırdı!

O, güllə yağışından,

Şəhidimi çıxardı!

 

Düşmənə divan oldu,

Hər günüm, hər saatım!

Koroğlu dirilmişdi,

Çapdı Dür at, Qır atım!

 

Qubadlım da alındı,

Qədim yurd dilə gəldi!

Əziz “Bayraqdar”ım da ,

Bu qədim elə gəldi!

 

Zəngilana yol aldı,

Əsgərim həmin anda!

Hər gün bizə işlədi,

Əlahəzrat zaman da!

 

Qədim yurdlarda mənim,

Qədim ruhlarım dindi!

Gördü mərd igidləri,

Nəşələndi, sevindi!

 

Körpə-körpə igidlər,

Birər qəhrəman oldu!

Bu ərlərin hünəri,

Sanki, bir cahan oldu!

 

Əjdaha igidlərim,

Birdimi, ya mindimi?

Otuz illik nisgilim,

Ürəklərdə dindimi?

*

Zağlı, yağın içində,

Silahım təzələndi,

Əsgərin üzü güldü!

Sabahım təzələndi!

 

Tanklar, toplar gurladı,

Göy də yerə ələndi!

Torpağıma başa-baş,

Şəhid qanı çiləndi!

 

Başın sağ olsun, Vətən!

İgid ölər, ad qalar!

Vətənin hər dərdini,

İgid çəkər, şad olar!

 

Köksü laləzar Vətən!

Qərənfilə bələndi!

Şəhid analarının,

Nəfəsi ləpələndi!

 

Bu nə idi, ay Allah?

Göylər tülə büründü?

Şəhidimin ruhu tək,

Göydə duman süründü?

 

Vətəni qorumağa,

Oğul gedər, can gedər!

Oğullar Vətəninə,

Könüllü qurban gedər!

 

Canım haqq yolunuza,

Qurban, şəhid balalar!

Alnımda qürurunuz,

Qəlbimdə odunuz var!

 

Siz Vətəni, Ananı,

Qorudunuz, oğullar!

Sizə ulu bir xalqın,

Əbədi sevgisi var!

 

Tanrının cənnətində,

Şəhid ruhun mübarək!

Necə dözsün Vətənin,

Dar gününə bu ürək!

 

Zəngilanım alındı,

Üz tutduq Kəlbəcərə!

Tanrısına qul olan,

“Qisas!”-dedi bir kərə!

 

Qoy, nigaran ruhlarım,

İndi rahat olsunlar!

Qoy, həddini tanısın,

Amansız, kafir, barbar!

 

Adını deməyə də,

Dilim varmayır mənim!

Gör necə insafsızmış?

Bu qaniçən düşmənim?!

 

Alınan yurdlarımda,

Daş üstə daş qalmamış?

Bu sayqısız kafirin,

Heç insafı olmamış!

 

Kəlbəcərin qızılı,

Gözlərini tutmuşdu!

Talan edib varımı,

Düşmənlər qudurmuşdu.

 

Gözləri doymur cahil,

Yaramaz kafirlərin!

Tanımırlar necə də,

Dünyada bu şərləri?

 

İndi öz günahını,

Yıxır rusun üstünə!

Rus da çox güvənməsin!

Qalacqdır pis günə!

 

Özgənin torpağına,

Göz dikənlər bilsinlər!

Özgə atına minən,

Əlbət ki, bir gün düşər!

 

Mənim xalqım yurdunu,

Bağışlamaz yadlara!

Kafir, sayqısız düşmən,

Üz qara, niyyət qara!

 

Get özünə özgədən,

Torpaq dilən, erməni!

Yurd mənim, Vətən mənim!

Tanımıram, heç səni!

 

Murov dağı xəyalda!

Başında duman gəzir!

Ələsgəri, Şəmşiri,

Vurğunu yaman gəzir!

 

Bilməyir ki, yurdlarım,

Yaman viranə qalıb!

Göyçə zar-zar ağlayır!

Ayrım Qurana qalıb!

 

Mənim qalib rəhbərim!

Göyçəmi azad eylə!

Borçalını, Təbrizi,

Dərbəndi azad eylə!

 

Mənim dastanım hazır!

Şah gülüstanım hazır!

Min illərə çatacaq,

Güllü büstanım hazır!

 

Salamımı, eşqimi,

Ulu Türkə yetirin!

Türkün məhəbbətini,

Yurdumuza gətirin!

 

Bir kökdən iki xalqıq!

İki ruhuq, bir bədən!

“Bir millət, iki dövlət!”-

Kəlamım Öndər deyən!

 

Proloq

 

Mənim Prezidntim,

Tarix yazdı dünyada!

Əsrə, zamana sığmaz!

Bir işdi-fövqəladə!

 

İndi qalib Rəhbərim,

Parad keçirir, baxın!

Millət meydanlardadır!

Tökülüb axın-axın!

 

Yurdumuz zəfər yurdu!

Rəhbərimiz bəxtiyar!

Rəcəb Tayyib Ərdoğan,

Qonaq, sahib-ixtiyar!

 

Vətəni sevməyin də,

Çox hikməti var imiş?

Baş dolu, ürək dolu,

Nitq söyləyir geniş!

 

Əhməd Cavaddan dedi!

Dilə Bəxtiyar gəldi!

Mübariz xatırlandı!

Araz kimi var gəldi!

 

Cəmi türkün sahibi,

İmperatorumdur, O!

Düşmənə meydan deyən,

Gücümdür, zorumdur, O!

 

Rəcəb Tayyib Ərdoğan!

Haqq zəfərə gedir, bil!

Atillanın tarixdə,

Etdiyini edir, bil!

 

Bütün dünya şərləri,

Qaldı qarşısında, lal!

Çox yaşa, uca türküm!

Səninkidir istiqlal!

 

“Ənəlhəqq!” meydanında,

Anadilli  bülbülüm!

Dünya gülüstanında,

Ən təravətli gülüm!

 

Zağlı qılıncım mənim,

Düşməndən öcüm mənim!

Danış! Dünya lal olsun!

Bilinsin gücüm mənim!

 

Çağla, qoşa sel kimi,

Şərləri süpür apar!

Turan ellərim, oyan!

Gurla, fırtına qopar!

 

İlham, Ərdoğan dedim!

Türkülüyün iki oğlu!

Çağla dünya boyunca!

Bir nəhrin iki qolu!

 

Danış, Tayyib Ərdoğan!

Qaynasın qanım mənim!

Danış İhamım mənim!

Ölsün düşmənim mənim!

 

Birləşin türk elləri!

Olsun dünya pisə dar!

Türkün imperiyası,

Əvvəl olub, yenə var!!!

 

Bitməz torpaq nisgilim!

Sönməz Vətən çırağım!

Doğmadı ana dilim!

Bir də, ucal bayrağım!

 

Mənim qalib rəhbərim!

Türklüyümün oğlusan!

Sən canınla, qanınla,

Vətəninə bağlısan!

 

Ucaltdığın bayrağın

Kölgəsində yaşarıq!

Bir xalq kimi var idik!

İnşəallah, yenə varıq!

 

Zərəngiz Dəmirçi Qayalı

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button