Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Özbəkistanda Müstəqillik abidəsini ziyarət edib

img

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə  heyəti aprelin 1-də Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində Yeni Özbəkistan Parkında Müstəqillik abidəsini ziyarət edib. 


Rezonans.az xəbər veir ki, Milli Məclisin sədri abidənin önünə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyətinə park kompleksi və burada görülmüş işlər haqqında məlumat verilib. 

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri kompleksdə yaradılmış və Özbəkistanın tarixi şəxsiyyətlərinə həsr olunmuş panno ilə tanış olublar.
 

Xəbəri paylaş: