Müsahibə

Mediasiya prosesinin həyata keçirilməsi haqqında MÜSAHIBƏ

 Bu günkü müsahibimiz Mediasiya prosesinin həyata keçirilməsi Qaydaları haqqında ətraflı məlumat verəcək.

Rezonans.az-ın müsahibi Əmək Qanunvericiliyi üzrə mütəxəssis Pərvin Abbasovdur.

 

  Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun tətbiqi bizlərə nə vəd edir?

 

 Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.Qanunun əhatə dairəsi çox geniş olmasa da kommersiya mübahisələri, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr,  inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin həllini özündə ehtiva edir. Qanunun qəbul olunması onu deməyə əsas verir ki,bir çox Dövlət orqanının iş yükü azalacaq və səmərəli fəaliyyəti təmin ediləcək.Öz sahəm üzrə yəni,Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə onu deyə bilərəm ki,Pandemiya dövründə xüsusəndə işəgötürən və işçi arasında yaranmış əmək mübahisələri artmaqdadır.Bu sahəyə nəzarəti həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin və onun yerli struktur bölmələrinin iş yükü artmışdır.Onuda nəzərə alaq ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan şikayətlər üzrə həmin nəzarət orqanı yoxlamaların dayandırılması səbəbindən İş yerinə gedə bilmir və araşdırmalar yalnız işəgötürənin təqdim etdiyi sənədlər hüdudunda baxılır.Bu səbəbdən bəzi hallarda işəgötürən inzibati cərimə ilə yaxasını qurtarmış olur.Əvəllər Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri,əmək müfəttişləri işəgötürənə icrası məcburi olan göstərişlər vermək hüququ var idi.Bu səbəbdən işçinin pozulmuş bütün əmək hüquqları işəgötürən tərəfindən bərpa edilməsi məcburi xarakter daşıyırdı.Bu baxımnan Mediatorların fəaliyyəti həm işəgötürən və həm də işçi arasında yaranmış əmək mübahisəsinin ilkin həlli könüllülük prinsipi şəklində həyata keçiriləcək.Mediatorların üzərinə də böyük məsuliyyət düşür.Beləki, Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir.Mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir.

 

Siz Mediator kimi fəaliyyət göstərirsinizmi?

 

 Xeyr,müsahibənin əvvəlində qeyd etdiyim kimi Qanunun tətbiqi iyun 2021-ci il tarixdən həyata keçiriləcək.Amma mən öz sahəm üzrə uzun illərdir ki,qazandığım təcrübəyə əsasən işçi və işəgötürən arasında yaranmış əmək mübahisələrinin həllinə hər iki tərəfin razılığı və ya bir tərəfin müraciəti əsasında yaranmış əmək mübahisələrinin həllində mütəxəssis kimi iştirak edirəm.Bəzən tərəflər barışığa gəlirlər,bəzən tərəflərdən birinin tələbi qarşı tərəfi qane etmir,bəzən tələb elə böyük olur ki,işəgötürənin maddi vəziyyəti tələbi qarşılamağa uyğun olmur və s. Amma əksər hallarda mübahisə barışıq sazişi ilə yekunlaşır.Tərəflər Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Məhkəmələrə müraciət etmədən mübahisə öz həllini tapır.Bəzən işçi pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar olaraq ilkin olaraq öz işəgötürəninə müraciət etmədən birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Məhkəmələrə müraciət edirlər.Nəticədə işəgötürənlə işçinin gələcək əmək münasibətləri gərgin olur.Nəticəsi isə bəzən işəgötürən məqamı gələndə işçini statyayla (Ə.M.70.Ç) ilə işdən uzaqlaşdırılmağa səbəb axtarır.

 Fürsətdən istifadə edərək işəgötürənlərə və işçilərə bildirmək istəyirəm ki,aranızda yaranmış əmək mübahisələrini danışıq və barışıq yolu ilə həll edin.Hər kiçik əmək mübahisəsi üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Məhkəmələrə müraciət edib onların iş yükünü artırmayın.Nəticəsindən asılı olaraq işəgötürənə tətbiq edilmiş inzibati cərimələr həm onun maliyyə vəziyyətini ağırlaşdırır və həm də Sizə qarşı  etimadsızlığını artırır.

Bu sahədə mütəxəssis kimi deyə bilərəm ki, əmək mübahisələrinin həlli məqsədi ilə mənə edilən müraciətlər Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Məhkəmələrə müraciət edilmədən tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun və hər iki tərəfin razı qalacağı tərzdə həll olunub.

 

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button