Ohanyanın əmlakı müsadirə edilə bilər

img

Ermənistan hüquq-mühafizə orqanları bu ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın 3,5 milyon dollarlıq əmlakını və vəsaitini müsadirə etmək niyyətindədir.

Rezonans.az erməni KİV-ə istinadən verir ki, Ermənistan prokurorluğu sabiq müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırıb.

Məhkəmə qanunsuz əldə olunmuş əmlakın müsadirəsi ilə bağlı iddianı icraata qəbul edib.

Məhkəmənin müsadirə edəcəyi əmlaklar sırasında ictimai əhəmiyyətli iki torpaq sahəsi, Vahaqni rayonunda malikanə və bir lüks avtomobil var.

Xəbəri paylaş: