Kiyevə reaktiv sistemlər göndərilməsi müzakirə edilir

img

ABŞ hakimiyyəti Ukraynaya yaylım atəşli reaktiv sistemlər göndərilməsini müzakirə edir.

 

Rezonans.az xəbər verir ki, bu barədə “The Washington Post" nəşri rəsmilərə istinadən məlumat yayıb.

 

Göndəriləcək sistemlərin uzaq mənzilli raketlər olmayacağı bildirilir. Hələlik yekun qərar verilməyib.

 

"Raket sistemləri nəzərdən keçirilir, lakin uzun mənzilli zərbə imkanları ilə bağlı heç bir şey müzakirə edilmir", - deyə mənbə qeyd edib.

 

Bu gün, mayın 30-da ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton Ukraynanı Rusiyanı vura biləcək raketlərlə təmin etməyəcək.

Xəbəri paylaş: