Mediasiya Şurasının İxtisas Komissiyasının fəaliyyətinə xitam verildi

img

Mediasiya Şurasının İxtisas Komissiyasının fəaliyyətinə xitam verilib.

Rezonans.az xəbər verir ki, bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.

O bildirib ki, İdarə Heyətinin iclasında bu barədə qərar qəbul olunub.

"İxtisas Komissiyasında mediasiya təşkilatlarının rəhbərləri də təmsil olunurdu. Biz təşkilatların komissiyalarda təmsilçiliyinin neytrallığı üçün bu qərarı qəbul etdik. Məqsəd maraq konfliktinin qarşısını almaq və mediasiya təşkilatlarının daha da güclənməsini təmin etməkdir".

N.Adilovun sözlərinə görə, İxtisas Komissiyası yenidən formalaşdırılacaq.

Xəbəri paylaş: