“Nikahların sayı azalsa da, boşanma statistikası dəyişmir”

img

“Nikahların sayı azalsa da, boşanma ilə bağlı statistika dəyişmir".

Rezonans.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilən Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, təəssüf ki, qeyri-rəsmi nikahların sayı da az deyil: “Belə ailələrdə doğulan uşaqların taleyi isə sonradan risk altında olur. Operativ qaydada həlli vacib olan ailə münaqişələri zamanı biz bəzən rəsmi prosedurları gözləmədən Ədliyyə Nazirliyinə müraciət edirik".

Xəbəri paylaş: