"Bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır" - Komitə sədri

img

İcbari tibbi sığortanın tətbiq edilməsi ilə uğurlar əldə olunub. Bununla yanaşı problemlər də qalmaqdadır".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, icbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi hər il artır.

"Ölkəmizdəki bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklər də icbari tibbi sığorta zərfinə daxil edilməlidir".

Xəbəri paylaş: