Küçəyə atılmış 69 yaşlı şəxs xəstəxanaya yerləşdirilib

img

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Mingəçevir şəhəri üzrə təcili tibbi yardımına 19.08.2024-cü il tarixində saat 10:45 radələrində övladları tərəfindən 11 gündür ki, küçəyə atılmış 69 yaşlı şəxs (kişi cinsli) üçün çağırış daxil olub.


Rezonans.az xəbər verir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən halsız vəziyyətdə olan şəxsə zəruri tibbi yardımlar göstərilib və həkim nəzarəti altında ətraflı müayinə məqsədilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Xəbəri paylaş: