Fərid Əhmədov Göygöl şəhərində vətəndaşları qəbul edib

img

Ədliyyə naziri Fərid Əhmədov 26 sentyabr tarixində Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.


Rezonans.az xəbər verir ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.


Qəbulda Göygöl, Daşkəsən, Samux, Goranboy, Naftalan və Xocalı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.


Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.



Xəbəri paylaş: