
Bu ilin 9 ayında qanunsuz dövriyyədən götürülmüş 4 ton 827 kq 532,775 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri açıqlanıb.
Bu barədə Rezonans.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən götürülmüş narkotik və psixotrop maddələrin ümumi dəyəri 168 milyon 635 min AZN (99 milyon ABŞ dolları) kimi qiymətləndirilir.