Məhkumun 11 il gizlətdiyi silah tapılıb

img

Həbsdə olan şəxsin sialh gizlətdiyi məlum olub.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Qeyd olunub ki, Balakən Rayon Polis Şöbəsi və Şəki Penitensiar Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Penitensiar Müəssisədə saxlanılan Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkar olunaraq götürülüb.

Xəbəri paylaş: